AZ

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidməti yayıb.

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.

Seçilən
16
fanat.az

1Mənbələr