AZ

Qərarı vaxtında vermirlər ki, klublar işini bilsin – Belə yanaşma olar?

Növbəti mövsümdə Birinci Liqada tətbiq olunan legioner limiti dəyişdirilə bilər.

Daha doğrusu, dəyişdirilməsi yönündə müzakirələrə çoxdan start verilib.

Başa çatan mövsümdəki “11-lik” formatı “8+3” yerlilərin xeyrinə idi.

AFFA-nın İcraiyyə Komitəsi I Liqada rəqabətin artması üçün legionerlərin sayında artıma əl atmaq fikrindədir. Ehtimal olunur ki, növbəti çempionatda start heyətində 5, yaxud 6 əcnəbinin yer almasına icazə verilsin.

Assosiasiyada aparılan müzakirələrdə yekun nöqtənin qoyulmaması liqa iştirakçılarının planlarına ciddi təsir etməkdədir.

Çempionatın başa çatmasından az qala bir ay vaxt keçib, növbəti birinciliyin startına da bir şey qalmayıb. Lakin klublar heyətin müəyyənləşdirilməsi, transferlərin hansı yöndə həyata keçirilməsi yönündə ciddi addım ata bilmir.

Çünki limitin hansı formatda olacağından xəbərsizdirlər.

İcraiyyə Komitəsinin məsələ ilə bağlı keçiriləcək iclasının nə vaxt keçiriləcəyi də hələ ki, məlum deyil.

Söhbət hansısa həvəskar çempionatda yox, peşəkar statuslu liqanın taleyinin müəyyənləşməsindən gedirsə, qərarlar vaxtında verilməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr