Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.
Operativ Media xəbər verir ki, komandamız Bakıda təşkil olunan ikinci tur çərçivəsində Lüksemburq millisi ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində baş tutan oyun rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 15-də Macarıstan yığmasına qarşı keçirəcək. Sabah isə Lüksemburq və Macarıstan kollektivləri üz-üzə gələcəklər.