Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.