AZ

Şəmkirdə 21 yaşlı kişi və 20 yaşlı qadın suda boğuldu

Şəmkirdə 21 yaşlı kişi və 20 yaşlı qadın suda boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və 2005-ci il təvəllüdlü A. HəsənovaŞəmkirin Dəriyaçay su kanalında boğulublar.

Fövqəladə Hallar Nazirliyinin (FHN)   Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub,  Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.

Seçilən
54
heftelik.az

1Mənbələr