AZ

Bahalaşma dalğası gəlir – Xəbərdarlıq edildi


Son illərdə dünyada baş verən müharibələr və siyasi gərginliklər bir çox sahəyə, xüsusilə də qiymətlərə mənfi təsir göstərib. Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra ərzaq və digər gündəlik tələbat məhsullarının qiyməti sürətlə artıb. İndi isə İran və İsrail arasında yeni bir gərginlik yaranıb — İsrailin İrana hücumu bölgədə vəziyyəti daha da gərginləşdirib.

Yeni savaş qiymətlərin təkrar bahalaşmasına səbəb olacaqmı? Əgər belədirsə, əsasən hansı məhsullar bahalaşa bilər?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə bildirib ki, ötən il ilə müqayisədə ərzaq məhsullarının qiyməti təqribən 7.1 faiz bahalaşıb.

Onun sözlərinə görə, ərzaq qıtlığı da gözlənilir:

Osmanlını yıxan silah Bakıya tuşlandı – Türkiyədən inanılmaz addım

“Çin dövlət başçısı əhalisinə müraciət edib. O, müraciətində yaxın gələcəkdə ərzaq qıtlığının ehtimal olunduğunu və bununla bağlı tədbir görülməsinin vacibliyini qeyd edib. Lakin siyasi məsələləri əsas götürsək, ilin sonuna qədər ərzaq qiymətlərinin beynəlxalq miqyasda tənzimlənməsi siyasi gedişlərdən asılı olacaq.”

Kənan Quluzadə növbəti mərhələdə ərzaq və digər məhsulların bahalaşmasının qaçılmaz olduğunu da vurğulayıb:

“Düşünürəm ki, bundan sonra ərzaq qiymətlərində ucuzlaşma gözlənilmir. Gedişatdan asılı olaraq bahalaşma ehtimalı var”.

Seçilən
43
news24.az

1Mənbələr