İranda baş verən məlum hadisələrdən sonra Azərbaycanda radiasiyanın yoxlanılması üçün nüvə tədqiqatları departamentinin nümayəndələri Astaraya ezam olunub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə İranda vurulan nüvə obyektlərindən sonra, Azərbaycanda radiasiya dərəcəsini müəyyən etmək məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astada tədqiqatlara başlayıb.
Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb. Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatları davam etdirirlər.