AZ

XİN-dən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQVİDEO

İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Buna baxmayaraq, XİN vətəndaşlara xüsusi çağırış edib. Nazirlik həm İsrailə, həm də İrana səfərləri məhdudlaşdırmağı tövsiyə edir. İsraildə və İranda olan Azərbaycan vətəndaşlarından isə maksimum ehtiyatlı davranmaq tələb olunur. Mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək vurğulanır.

Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda həmçinin vəziyyətin gərginləşdirilməsi qəti şəkildə pislənilib. Bildirilib ki, mülki əhalinin təhlükəsizliyinin təmin olunması vacibdir.

Bəyanatda həmçinin vurğulanıb ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr