AZ

Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib

Naxçıvan, 13 iyun, AZƏRTAC

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinin və Milli Müdafiə Universitetinin rektorunun Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini iştirakçılara çatdırıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta ixtisas polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Azərbaycan xalqının taleyində mühüm rolu olan Milli Qurtuluş tarixindən söhbət açıblar.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta ixtisas polis məktəbi və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirak etdiyi tədbirdə Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

Seçilən
8
1
azertag.az

2Mənbələr