Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin iranlı həmkarı ilə söhbətində İsrailin zərbələri nəticəsində həlak olanlar, o cümlədən dinc sakinlərlə bağlı hökumətə və xalqa başsağlığı verib.
Qeyd edək ki, bundan öncə Putin Netanyahu ilə da telefon əlaqəsi yaradıb.