AZ

NETANYAHU PUTİNLƏ DANIŞACAQ: "...İran çox sürətlə nüvə silahına can atır" - "Hücum dayanmayacaq, onlar da bizə əks hücum edəcək"

İsrailin baş naziri Benyamin Netanyahu İrana hücümla bağlı dünyaya müraciət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, müraciətində İranın 2024-cü ilin sentyabrında Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahı sui-qəsddə öldürdükdən sonra nüvə proqramını sürətləndirdiyini iddia edib: "Bu tarixdən sonra İran açıq və sürətli şəkildə nüvə silahı əldə etmək üçün addımlar atmağa başladı. Biz bu səbəbdən hərəkətə keçməli olduq. Əməliyyatla bağlı qərarı aprelin sonunda verdim. Ancaq müxtəlif səbəblərdən həyata keçirə bilmədik. Daha sonra Baş Qərargah rəisi və müdafiə naziri ilə birlikdə bugünki tarixi müəyyənlşdirdik. İrana hücumlarımız davam edəcək. Bu, ilk, ancaq yeganə hədəf deyil".

İsrailin 2024-cü ilin oktyabrında İrana hücumundan sonra Tehranın ballistik raket proqramını da sürətləndirdiyini vurğulayan Netanyahu bildirib ki, Tehran rejimi son 3 ildə 10 min raket istehsal etmək qabiliyyətini artırıb: "Biz, həm də buna görə gözləyə bilməzdik. Buradan israillilərə müraciət edər və deyirəm: İran bizə əks cavab verəcək, bu, çox şiddətli ola bilər. Raketlər gələcək. Həyəcanlanmayın, təlimatlara qulaq asın"

Baş nazir hücumla bağlı ABŞ-ı da məlumatlandırdıqlarını deyib: "Amerikanın mövqeyini Amerikaya buraxıram. Hücum barədə onlara məlumat verdik. İndi nə edəcəklər? Bunu prezident Trampa həvalə edirəm, o, qərarlarını müstəqil verir, onun adından danışa bilmərəm. Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putinlə də danışacağam. Daha sonra iranlılara tarixi müraciət edəəcəym...".

Samir MUSAYEV
MİA.AZ

Seçilən
31
3
mia.az

4Mənbələr