Zəli təsərrüfatının əlindən alınaraq ona 112 min manat ziyan vurulduğunu iddia edir.
Masallı rayonu, Boradigah qəsəbə sakini Azad Abdullayev belə bir şikayətlə “Xəzər Xəbər”ə müraciət edib.
Vətəndaş iddia edir ki, illərdir şəxsi təsərrüfatında yetişdirdiyi müalicəvi zəliləri Biləsuvar gömrük məntəqəsində saxlayblar və istintaq dövründə saxlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatına və Neftçala rayon Kərimov adına Nərə Balıq Yetişdirmə Zavoduna aktla təhvil veriblər. Azad Abdullayev idda edir ki, istintaq dövründə verilən zəlilər Kərimov adına zavod, həm də Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı tərəfindən əsassız olaraq satılıb, mənimsənilib.
Azad Abdullayev onu da bildirir ki, məhkəmə qərarından sonra ona dəymiş ziyanın müəyyən hissəsi ödənilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ali Məhkəməyə şikayət etsə də, şikayətlərinin əsassız olduğunu deyərək kasasiya şikayəti təmin edilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.