AZ

Putin: Moskva vasitəçiliyə hazırdır

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin İsrailin İrana qarşı hava hücumları fonunda İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin və prezidentlərin mətbuat xidmətləri məlumat yayıb.

Kreml bildirir ki, Putin regionda gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Rusiya tərəfi həm İran, həm də İsrail rəhbərliyi ilə sıx təmasları davam etdirəcəyini və bölgə üçün təhlükəli nəticələr doğura biləcək vəziyyətin dinc yolla həllinə çalışacağını qeyd edib.

Pezeşkiyan söhbət zamanı Tehranın İsrailin zərbələrinə "uyğun cavab" verəcəyini vurğulayıb.

İranın Ali Dini Lideri Əli Xamenei isə bəyan edib ki, İran Silahlı Qüvvələri güc tətbiq edəcək.

Seçilən
11
19
operativmedia.az

10Mənbələr