İran silahlı qüvvələri İsrailin İran ərazisinə endirdiyi zərbələri cavabsız qoymayacaq və İsraili etdiyinə peşman edəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei xalqa televiziya ilə müraciətində deyib.
"Silahlı qüvvələr hərəkətə keçəcək və bütün gücdən istifadə edəcək, sionist rejimini məğlub edəcəklər", - o vurğulayıb. Xamneyinin sözlərinə görə, İran xalqı İranın heç bir güzəştə getməyəcəyinə şübhə etməməlidir.
Musavat.com