Bakı. Trend:
"Mançester Yunayted" İtaliyanın "Napoli" klubunun hücumçusuViktor Osimhenlə danışıqları bərpa etmək niyyətindədir.
Trend-inməlumatına görə, İngiltərə klubu nigeriyalı forvarda illik 12milyon avro məvacib təklif etməyə hazırlaşır. "Mançester Yunayted"həmçinin "Napoli"nin tələb etdiyi 75 milyon avroluq transferməbləğini ödəməyə razıdır.
Qeyd edək ki, Viktor Osimhenə ən yüksək təklifi SəudiyyəƏrəbistanının "Əl-Hilal" klubu versə də, futbolçu bu ölkədəoynamaqdan imtina edib. Hazırda o, ötən mövsüm icarə əsasında çıxışetdiyi Türkiyənin "Qalatasaray" klubu ilə də danışıqlar aparır.
Xatırladaq ki, 26 yaşlı hücumçu “Qalatasaray”ın heyətindəkeçirdiyi 41 oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.