AZ

Vuçiç niyə Ukraynanı Serbiyanın dostu olduğunu açıqlayıb

Serbiya lideri Aleksandr Vuçiç Ukraynanı dost ölkə adlandırıb və onun Kosovonun müstəqilliyinin tanınmaması siyasətini qeyd edərək bildirib ki, bu hal dövlətlər arasında yalnız yaxşı münasibətləri gücləndirir.

Qaziler.az-ın məlumatına görə, bu barədə “EuroNews” xəbər dərc edib. Vuçiçin sözlərinə görə, Belqradın Kiyevə qarşı heç bir mənfi münasibəti yoxdur.

“Ukrayna Serbiya üçün həmişə dost ölkə olub. Yeri gəlmişkən, onlar beynəlxalq ictimai hüquqa hörmətlə yanaşırlar və Kosovonun müstəqilliyini tanımayıblar, Hətta Priştinanı Odessaya dəvət etməyiblər. Biz bunu yüksək qiymətləndiririk və Ukraynaya qarşı heç bir mənfi münasibətimiz yoxdur”, - deyə Vuçiç bildirib.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr