Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Xezerxeber.az xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qurtuluş Gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə Nərimanov rayon icra başçısı Elgin Həbibullayev açıb. O, 15 iyun tarixinin Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
İcra başçısı bildirib ki, bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyev olub. Azərbaycanın bugünkü uğurlarının əsası məhz Qurtuluş Günündə qoyulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.