Bakı. Trend:
Azərbaycan Respublikasının energetika nazirinin müavini OrxanZeynalov NATO-nun Baş katibinin innovasiya, hibrid və kiberməsələləri üzrə müavini Ceyms Appaturai ilə görüş keçirib.
Trend xəbər verirki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuatxidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş NATO-nun Brüssel qərargahında“Azərbaycan–NATO enerji təhlükəsizliyi dialoqu” çərçivəsində baştutub.
Tərəflər Azərbaycan–NATO tərəfdaşlığı, Azərbaycanın NATOmüttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, o cümlədənAvropa İttifaqına verdiyi töhfələr, yaşıl enerjiyə keçid vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparıblar.