AZ

Mingəçevirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib, yaralananlar var

"Unikal"ın  məlumatına görə, hadisə Təbriz küçəsində məscid yaxınlığında baş verib. Yol-nəqliyyat  hadisəsi zamanı   “Mercedes”, Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "BMW"-nin sürücüsü, 1985-ci il  təvəllüdlü Zamiq İsmayılov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
34
unikal.az

1Mənbələr