Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.
Dövlət Sərhəd Xidmətindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilməsi ilə bağlı məlumat yayılıb.