Fransalı futbolçu Pol Poqba yeni klub axtarışındadır.
Offsideplus.az xəbər verir ki, hazırda azad agent olan ulduz ilə "Monako" maraqlanır. Fransa təmsilçisi Pol Poqbaya 2 illik müqavilə təklif edib və danışıqlar davam edir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçinin son klubu İtaliya "Yuventus"u olub. O, 2024-cü ilin dekabr ayından bəri klubsuzdur.