“River Pleyt”in futbolçusu Franko Mastantuononun “Real Madrid”ə keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentina klubu 17 yaşlı futbolçunun transferinin 63,2 milyon avroya reallaşdığını açıqlayıb.
Gənc oyunçu Klublararası Dünya Çempionatı başa çatdıqdan – iyulun 13-dən sonra İspaniya nəhənginə qoşulacaq.
Qeyd edək ki, Franko Mastantuono Argentina təmsilçisinin heyətində 61 oyuna çıxıb. Bu müddətdə 10 qola imza atan futbolçu, həmçinin 7 məhsuldar ötürmə ilə yadda qalıb.