Alisson Bekker "Qalatasaray"ın təklifini qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky DE" məlumat yayıb.

Alissonun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, komandadan ayrılmağı düşünmür.

"Sarı-qırmızılar" hazırda transfer bazarında fəal şəkildə qapıçı axtarır.

"Barselona"nın çərçivə qoruyucusu Mark Andre ter Ştegen də namizədlərdən biridir.

Qeyd edək ki, Fernando Muslera 14 ilin ardından "Qalatasaray"dan ayrılıb.