İranın rəsmi hökumət mediası ölkənin Müdafiə Nazirliyinə istinadla İsrailə məxsus döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, qırıcının hansı model olduğu və harada vurulduğu barədə hələlik ətraflı informasiya paylaşılmayıb. Müdafiə Nazirliyi bu barədə əlavə məlumatların yaxın saatlarda açıqlanacağını bildirib.
Hadisənin İran və İsrail arasında artan gərginlik fonunda baş verməsi diqqət çəkir.
Natiq Səlim,
KONKRET.az