AZ

İranda baş verən hadisələrdən sonra Azərbaycanda radiasiya səviyyəsi YOXLANILIR - FOTO

İranda nüvə obyektlərinə edilən zərbələrdən sonra Azərbaycanda radiasiya göstəricilərinin ölçülməsi məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin əməkdaşları Astaraya ezam olunublar.

Bizim.Media xəbər verir ki, sərhəd zonasında aparılan ilkin araşdırmalar artıq yekunlaşıb.

Hazırda mütəxəssislər ölkənin digər bölgələrində monitorinqi davam etdirirlər.

Qeyd olunur ki, tədqiqat işlərinə cəlb edilənlər arasında Astara rayonundan olan əməkdaşlar da yer alır.










Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
56
50
bizim.media

10Mənbələr