AZ

Ukrayna XİN: Putin yalnız güc dilindən anlayır

“Rusiya strateji ehtiyatlar hazırlayır – bu, təkcə Ukraynanı əhatə etməyən böyük hərbi planlara işarədir”.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin rəhbəri Andrey Sibiqa Praqada keçirilən GLOBSEC-2025 forumunda çıxışı zamanı bildirib.

“Bu, artıq yalnız Ukraynanın məsələsi deyil. Putin yalnız güc dilindən anlayır, ona görə də sanksiyaları vaxtında tətbiq etmək və onları Rusiya üzərində iqtisadi təzyiq vasitəsi kimi istifadə etmək son dərəcə vacibdir”, - deyə Sibiqa əlavə edib.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr