“Monako” klubu Pol Poqba ilə iki illik müqavilə imzalamaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, artıq tərəflər arasında ilkin danışıqlar başlanıb. Fransız təmsilçisi azad agent statusunda olan yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
Müqavilənin detalları və şərtləri ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Pol Poqba daha əvvəl “Mançester Yunayted” və “Yuventus” klublarının heyətində çıxış edib. O, hazırda azad agent statusundadır.
Xatırladaq ki, futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib, lakin yarımmüdafiəçinin cəzası 18 aya endirilib. 10 mart 2025-ci ildə fransız rəsmi olaraq diskvalifikasiya etdi.
32 yaşlı futbolçu, milli komandasının tərkibində dünya çempionudur.