Bakı. Trend:
Avropa Komissiyası tütün məhsullarına tətbiq olunan aksizvergilərini əhəmiyyətli dərəcədə artırmağı və bu verginin elektronsiqaretlərə də şamil olunmasını nəzərdən keçirir.
Trend xəbər verirki, bu barədə “Politico” təşəbbüsün nəticələrini qiymətləndirənsənəd layihəsinə istinadla məlumat yayıb.
Sənədə əsasən, Avropa Komissiyası tütün rulonlarına görə aksizvergisini 258%, ənənəvi siqaretlərə isə 139% artırmağı təklif edir.Bundan əlavə, gənclər arasında xüsusilə populyar olan vaplar(elektron siqaretlər) və nikotin paketlərinə də aksiz vergisinintətbiqi nəzərdə tutulur.
Bu təşəbbüs, Hollandiyanın rəhbərliyi ilə 16 Aİ ölkəsinin yenitütün məhsullarının Aİ-nin aksiz rüsumları direktivi çərçivəsindətənzimlənən siyahıya salınması ilə bağlı çağırışlarına cavab olaraqhazırlanıb. Sənəddə üzv dövlətlər arasında aksiz vergisifərqlərinin vahid bazarın işləməsinə maneə olduğu vurğulanır.
Komissiya üç fərqli vergi artımı ssenarisi irəli sürür. Ən sərtssenari Aİ büdcəsinə əlavə olaraq 15,1 milyard avro gəlir gətirəbilər. Sənəddə yüksək aksiz vergilərinin Aİ-də tütün istehlakınıazaltmaq üçün “ən effektiv vasitə” olduğu qeyd olunur.