Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.
Xezerxeber.az xəbər verir ki, "Qaz təchizatı haqqında"yeni qanun layihəsi parlamentdə müzakirə edilib.
Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, qanun layihəsi ilə bağlı cəmiyyətdə qeyri-müəyyənlik var. Ona görə də bu sənəd çox vacibdir, bir sıra məqamlara yenidən baxılmasına ehtiyac var.
Qanun layihəsini təqdim edən, Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bir çox inkişaf etmiş ölkələrdə bu modeldən istifadə olunduğunu deyib və bir sıra məqamlara aydınlıq gətirib.
"Qaz təchizatı haqqında" yeni qanun layihəsi I oxunuşda qəbul edilib. "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də ikinci oxunuşdan keçib. Eyni zamanda sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və maaşının saxlanılması təklifi son oxunuşda qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.