AZ

İran ikinci İsrail döyüş təyyarəsini vurdu

Əl-Cəzirə telekanalının yaydığı məlumata əsasən, İran Silahlı Qüvvələri davam edən hərbi qarşıdurma zamanı ikinci İsrail döyüş təyyarəsini aşkarlayaraq vurub.

Musavat.com xəbər verir ki, kanalın verdiyi xəbərə görə, təyyarə İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hadisənin baş verdiyi dəqiq ərazi və vurulan təyyarənin modeli barədə hələlik rəsmi açıqlama yoxdur.

İran tərəfi əlavə məlumatların yaxın saatlarda veriləcəyini bildirib. Rəsmi Təl-Əviv məsələyə münasibət bildirməyib. 

 

Musavat.com

Seçilən
30
32
musavat.com

10Mənbələr