AZ

İsrailin İrana etdiyi hücumlar cavabsız qalmayacaq - Pezeşkian

BAKI, TurkicWorld

İsrailin İran ərazisinə endirdiyi zərbələrə uyğun cavab veriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.

“Sionist rejimin təcavüzü mütləq şəkildə uyğun cavabla qarşılanacaq” -deyə, o qeyd edib.

Kremlin mətbuat xidməti isə məlumat verib ki, sözügedən telefon danışığında Rusiya prezidenti Vladimir Putin İsrailin hücumları nəticəsində həyatını itirənlərə görə İran rəhbərliyinə və xalqına başsağlığı verib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Seçilən
22
turkic.world

1Mənbələr