AZ

"Real" “Qızıl top”u qazanan futbolçunu transfer edir

"Real Madrid" "Mançester Siti"nin ulduzu Rodrini transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, “Real” Martin Zubimendini transfer etmək istəsə də, reallaşdıra bilməyib. AS xəbər verir ki, “Real” Zubimendi uğrunda yarışda geri qalıb və futbolçu "Arsenal"a keçmək üzrədir. “Real” ardınca Rodrini transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, Rodrinin "Mançester Siti" ilə 2026-cı ilə qədər müqaviləsi var. Bu amil “Real”ın Rodrini transfer etməsinə şərait yarada bilər.

Qeyd edək ki, 2024-cü ildə “Qızıl top”u qazanan Rodri dünya futbolunun ən yaxşı oyunçularından biri hesab edilir. O, Serxio Busquets və Xabi Alonso kimi əfsanəvi yarımmüdafiəçilərlə müqayisə edilib.

Seçilən
20
metbuat.az

1Mənbələr