AZ

"Qarabağ"dan ardıcıl 2 qələbə

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirində iştirak edir.

İdman.biz xəbər verir ki, Azərbaycan futbolçuları Bolqarıstanda təşkil olunan yarışın ilk iki turunda qələbə qazanıblar.

Ağdam klubu ilk oyununu yerli “Septemvri”yə qarşı keçirib və 2:0 hesabı ilə qalib gəlib. Həlledici qola İsmayıl Rəsulov imza atıb.

Komanda ikinci görüşdə Bolqarıstanın digər təmsilçisi “Olimpiya”ya qarşı keçirib. 5:1 hesabı ilə qalib gələn “Qarabağ”ın heyətində Kamil Bədirxanlı 2, Zəfər İbrahim, Ayxan Verdiyev və Musa Musayev hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, "Qarabağ"ın yer aldığı A qrupunda “Septemvri” və “Olimpiya”dan başqa “Botev”, “Lüdoqorets” və “Etar” da mübarizə aparır.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr