AZ

Həyat yoldaşına görə Bekhemlərlə əlaqəni kəsdi

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Modelyer Viktoriya Bekhem ilə gəlini Nikola Pelts arasında illərdir davam edən gərginlik hələ də bitməyib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasındakı münasibətlər daha da pisləşib və ailədaxili münasibətlərdə gərginlik artıb. Viktoriya Bekhemin oğlu Bruklin hazırda həyat yoldaşı Nikolanın tərəfində dayanaraq ailəsi ilə ünsiyyətini minimuma endirib.

Münaqişənin əsası 2022-ci ildə Bruklin və Nikolanın toy günü qoyulub. Nikola həmin gün qayınanasının dizayn etdiyi gəlinliyə "yox" deməklə yanaşı, toy rəqsində də qalmaqala səbəb olmuşdu. Belə ki, cütlüyün birgə rəqsi əvəzinə Bruklinin anası Viktoriya ilə səhnəyə çıxması və bu rəqsin elan olunması Nikolanı məyus etmişdi. Gəlin bu hadisədən sonra zalı göz yaşları içində tərk etmişdi.

Hadisədən sonra cütlük Bekhemlərlə daha az görüşməyə başlayıb, hazırda isə ümumiyyətlə bir müddət əlaqəni kəsib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
3
axsam.az

4Mənbələr