YAP Ağstafa rayon təşkilatı, Ağstafa gənclər və idman sektoru və Ağstafa rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində "15 İyun-Milli Qurtuluş Günü"nə həsr olunmuş stolüstü tennis turniri keçirilib. 

Rekord.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   

Çıxışlarda 15 iyunun xalqımız üçün taleyüklü tarixi əhəmiyyətə malik olduğu vurğulanıb.     Turnirdə müxtəlif yaş qruplarından 38 idmançı iştirak edib.      Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar