AZ

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı Professordan şərh

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dubayın viral şokoladlarında ölüm riski aşkarlanıb. Birləşmiş Krallığın Qida Standartları Agentliyi (FSA) Dubayda məşhurlaşmış viral şokoladlarla bağlı xəbərdarlıq yayıb. Məlumatda deyilir ki, sosial şəbəkələrdə populyarlıq qazanan, içliyi fıstıq və kadaif xəmirindən ibarət olan bu şirniyyatın bəzi saxta versiyaları insan sağlamlığına ciddi təhlükə yaradır. Bu məhsullarda küf toksinləri, qadağan olunmuş boyalar və xərçəng riski daşıyan kimyəvi maddələr aşkarlanıb.

FSA-nın elmi müşaviri professor Robin May bildirib ki, xüsusilə allergiyası olan insanlar üçün bu məhsullar ölümcül ola bilər. 

Azərbaycanda hansı marketlərə girsən, kassaların ətrafında viral şokoladları gözə dəyir və alıcılar da rahatca əlini uzadıb onun ən azı ikisini səbətə atır. 

Professor Adil Qeybula Qaynarinfo-ya açıqlamasında bildirib ki, qida genofondun təhlükəsizliyidir:

"Bu, milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsidir. Azərbaycanda istər istehsal olunan, istər ölkəyə idxal olunan bütün qida məhsullarının kompanetləri, qida əlavələrinin orqanizmə təsiri və s. bütün bunlar hamısı araşdırılmalıdır. Qida əlavələri normada qida olmayan, amma ona dad, rəng verən maddələrdir. Bunlar özü də təhlükəsiz olmalıdır".

Adil Qeybulla əlavə edib ki, qida madddələri Kodeks Alimentarius  sistemi, hər birinin öz kodu ilə ilə qəbul edilib:

"Hər bir normal qidanın üzərində qida əlavəsinin kodu yazılır. Amma təəssüflər olsun ki, bu gün populyar olan müxtəlif qidaların əlavələri, yaxud da surətləri müxtəlif üsullarla, texniki şərtlərin pozulması ilə hazırlanıb. Bu da sonda belə nəticələnir. Düşünürəm ki, bu kimi qida maddələrini ölkəyə idxal edən, onu gətirən, həm də onun analizinə məsul olan şəxslər var. Bunlar cavabdehlik daşıyır”.

Adil Qeybulla hesab edir ki, genofondu qorumaq üçün mümkin qədər idxaldan asılı olmamalıyıq:

"İdxal olunan məhsullara da ciddi tələblər irəli sürülməlidir. Yalnız bu yollarla biz hər şeyin qarşısını ala bilərik. Amma bunlar olmadıqca problemlər bizimlədir”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
qaynarinfo.az

1Mənbələr