İran İsrailə raketlərin ikinci dalğasını atıb, onlar yoldadırlar.
AzPost bildirir ki, bu barədə IRNA xəbər verir. Agentlik əlavə edib ki, “yüzlərlə ballistik raket” buraxılıb.
İsrail ordusu İrandan daha bir raket zərbəsinin aşlandğını xəbər verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran İsrailə qarşı əməliyyatı “Əsl vəd 3” adlandırıb.
İranın dövlət xəbər agentliyi İRNA xəbər verir ki, İran tərəfindən atılan bir neçə raket İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına düşüb.