"Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır, sənədin mətni artıq razılaşdırılıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Praqada deyib.
"Siz bilirsiniz ki, bu il biz ölkələrimiz arasında sülh sazişi üzrə Azərbaycanla danışıqları müsbət nəticələrlə başa çatdıra bildik. Yəni bu layihə ikitərəfli əsasda razılaşdırılıb və indi sülh sazişinin imzalanmasının vaxtı çatıb. Biz hazırda bu nöqtəyə çatmaq və sülh sazişi imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr prosesindəyik", - o deyib.