AZ

Millimiz Lüksemburqa MƏĞLUB OLDU

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Avropa Gümüş Liqasında növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma Bakıda Lüksemburqla qarşılaşıb.

2 oyundan sonra aktivində 3 xalı olan voleybolçularımız Lüksemburqla qarşılaşıblar. Oyun mərkəzi avropalıların üstünlüyü ilə keçib. Millimiz hər üç setdə məğlub olub.

Avropa Gümüş Liqası

III tur

18:00. Lüksemburq - Azərbaycan - 3:0 (25:20, 25:19, 25:21)

Hakimlər: Çevril Ebru Kaya (Türkiyə), Miroslav Yuraçek (Slovakiya)

Bakı, GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, millimiz iyunun 15-də Macarıstanı sınağa çəkəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
44
bizim.media

1Mənbələr