AZ

Nə yazım, nə deyim mən

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Anar MƏCİDZADƏ

Dünya düşüb gözümdən

Nələrdən qorxdumsa mən,

Hamısı gəldi başa.

Tanrı verən bu ömrü

Gəl indən belə yaşa.

Bahar-yazın yerini

Boran aldı, qış aldı.

Qismətə düşən dəni

Dimdiyinə quş aldı.

Sevənlər yetişmədi

Ömür boyu vüsala.

Bu dünyanın haramı

Qarışıbdır halala.

Nə yazım, nə deyim mən,

Daha sözüm qalmayıb.

Dünya düşüb gözümdən,

Onda gözüm qalmayıb.

Bu həyata gələndən

Həyat böyütdü bizi,

Əvvəl uşaq olmuşuq.

Bu həyata gələndən

Ona dustaq olmuşuq.

Kim sevindi gəlişdən?

Uzaq düşdük gülüşdən.

Dünyaya gəlməmişdən,

Qəmdən uzaq olmuşuq.

Dünya həmin biçimdə,

Qara geyim-kecimdə,

Bu qədər dərd içində,

Nə yaxşı sağ olmuşuq.

Yaxşılıq - yamanlıq

Yaxşı olduqlarımın

Çoxu bunu qanmadı.

Mənim yandığım qədər

Kimsə mənə yanmadı.

Əl uzatdım çoxuna,

Əlimə dağ basdılar.

Qəlbimi açdıqlarım

Ürəyimdən asdılar.

Çoxu saxta, riyakar,

Ürəyi daş oldular.

Qarın qardaşdan qabaq,

Süfrədə baş oldular.

Bu dünya əzəlindən,

Yaxşıya yaman oldu.

Günakar insan oğlu,

Nə vaxt, nə zaman oldu.

Cahanım

Nur üzlü Cahanımsan,

Ürəyimsən, canımsan.

Aldığım nəfəsimsən,

Hər dəqiqəm, anımsan.

Ürəyi pak-təmizsən,

Mənə doğma, əzizsən.

Hərdən sakit bir quzu,

Hərdən coşan dənizsən.

Hərdən vardır küsməyin,

Ürəyimi üzməyin.

Bir cahan bağışladı

Bu dünyaya gəlməyin.

Solmayan baharımsan,

Nə yaxşı ki, varımsan.

Parlayan ulduzumsan,

Şirin-şəkər qızımsan.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
525.az

1Mənbələr