AZ

Xamenei: İsrailin hücumu cavabsız qalmayacaq

İran ordusu İsrailin hücumlarına cavab vermək üçün bütün gücünü tətbiq edəcək.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei xalqa müraciətində bildirib.

“Silahlı qüvvələr güclü şəkildə hərəkət edəcək və qüsurlu sionist rejimini zəiflədəcək”, – agentlik Ali Rəhbərdən sitat gətirib.

Xamenei vurğulayıb ki, xalq İranın heç bir güzəşt etməyəcəyini şübhə etməməlidir.

“Düşünməyin ki, onlar zərbə endirdilər və vəssalam. Yox. Müharibəni başladan onlardır. Biz onlara törətdikləri böyük cinayətdən sonra zərərsiz qalmağa imkan verməyəcəyik”, – ölkə lideri söyləyib.

Seçilən
56
7
missiya.az

10Mənbələr