AZ

Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb

Putin

Rusiya prezidenti Vladimir Putin İranın prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Benyamin Netenyahu ilə telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin İsrailin zərbələri nəticəsində həlak olanlar, o cümlədən mülki şəxslərlə bağlı İran rəhbərliyinə və xalqına başsağlığı verib.

Rusiya prezidenti Pezeşkianla söhbətində Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Qeyd edib ki, Rusiya İran və İsrail arasında münaqişənin deeskalasiyasına töhfə verməyə davam edəcək. Pezeşkian isə İsrailin İran ərazisinə endirdiyi zərbələrə görə İrandan “müvafiq cavab” alacağanı söyləyib.

Vladimir Putin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir. Rusiya tərəfi İranın nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə həlli istiqamətində səyləri tam dəstəkləyib və qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş konkret təşəbbüslər irəli sürüb. Rusiya İran və İsrail arasında münaqişənin deeskalasiyasına töhfə verməyə davam edəcək.

İsrailin baş naziri ilə söhbətində Rusiya prezidenti danışıqlar prosesinə qayıtmağın və İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasının qarşısını almaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bildirib.

Razılığa gəlinib ki, Rusiya tərəfi bütün region üçün ən fəlakətli nəticələrlə dolu mövcud vəziyyətin həllinə yönəlmiş həm İran, həm də İsrail rəhbərliyi ilə sıx təmasları davam etdirəcək.

Seçilən
11
xalqcebhesi.az

1Mənbələr