AZ

İran BMT-yə çağırış etdi: İsrail müharibə cinayəti törədir!

  İran XİN rəhbəri Abbas Araqçı İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumları müharibə cinayəti və aqressiya aktı kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu hücumları cəzasız buraxmamağa çağırıb.

Bu barədə o, BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.

“İsrail artıq bütün qırmızı xətləri keçib. Beynəlxalq ictimaiyyət bu cinayətlərin cəzasız qalmasına imkan verməməlidir”, – deyə Araqçı vurğulayıb.

 
Nazir qeyd edib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünü müdafiə etmək hüququnu qoruyur və bu hücumlara qəti cavab veriləcək.

Xatırladaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsi üzv dövlətlərə silahlı hücuma məruz qaldıqda fərdi və ya kollektiv şəkildə özünü müdafiə etmək hüququ verir.//Globalinfo.az  

Seçilən
20
referans.az

1Mənbələr