AZ

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Mənbənin məlumatına görə, o, "Əl-Şabab"ın baş məşqçisi postunu tuta bilər. Baxmayaraq ki, onun karyerasını Avropada davam etdirmək üçün bir neçə, o cümlədən "Sevilya" variantı var. Mütəxəssis Səudiyyə Ərəbistanı klubundan aldığı sərfəli təklifi götür-qoy edir. 

Alquasil 2018-2025-ci illərdə "Real Sosyedad"da çalışıb. 

"Əş-Şabab" 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatını 6-cı pillədə başa vurub. 

Mirağa

Seçilən
13
1
fanat.az

2Mənbələr