BAKI, 13 iyun. TELEQRAF
İsrail ordusunun rəhbərliyinin brifinqi İranın İsrailin mərkəzinə hücumu səbəbiylə yarımçıq dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Effie Defrinin jurnalistlərin suallarını cavablandırarkən, səsgücləndirici ilə elan səsləndirildiyi və daha sonra yayımın dayandırıldığı qeyd olunub.
Defrin brifinqdə bildirib ki, İsrail ordusu İranın ən böyük nüvə bazası olan İsfahandakı hədəflərə hücum edib. İsrail ordusu həmçinin İranda 200-dən çox obyekti vurduğunu açıqlayıb.
Qeyd edək ki, "Mehr News Agency" də İsfahanda partlayışlar olduğu haqda məlumat yayıb.