AZ

Avtomobildə narkotik qəbul edən 3 nəfərdən ikisi öldü ŞOK KEÇİRİBLƏR FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobildə narkotik maddə qəbul edərək şok keçirən üç nəfərdən ikisi ölüb, birinin isə vəziyyəti ağırdır. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib. 

Məlumata görə, Şair Dertli küçəsində avtomobildə narkotik maddə qəbul edərək şok keçirən 3 nəfəri görən şəxslər vəziyyəti təcili tibbi yardıma bildirib. Çağırılan ünvana gələn təcili tibbi yardım briqadasının əməkdaşları ilkin tibbi yardımdan sonra 3 nəfəri xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq onlardan 2 nəfər - R.Ç. və C.B. ölüblər, ağır vəziyyətdə olan İ.A.-nın müalicəsi isə davam edir. 

Polis əməkdaşlarının nəqliyyat vasitəsinə baxışı zamanı oradan 7 ədəd sintetik narkotik həb aşkar ediblər.

Asayiş keşikçilərinin isti-isti keçirdikləri tədbirlər nəticəsində 2 nəfərin ölümə və bir nəfərin də ağır bədən zəhərlənməsinə səbəb olan 3 nəfər saxlanılıb. Onların ünvanlarında keçirilən əməliyyat zamanı 23 min 371 ədəd sintetik əczaçılıq maddəsi, 4,7 qram sintetik kannabinoid maddəsi və 84 min 375 TL nağd pul götürülüb. 

Hazırda şübhəlilər dindirilir.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
avtosfer.az

1Mənbələr