AZ

Gürcüstan XİN: Tbilisi Yaxın Şərqdə artan gərginlikdən narahatdır

TBİLİSİ, 13 iyun. TELEQRAF

Gürcüstan Yaxın Şərqdə regional təhlükəsizliyə təhdid yaradan gərginliyin artmasından dərin narahatlıq ifadə edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

“Biz gərginliyin azaldılması və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin vacibliyini israrla vurğulayırıq”, - paylaşımda deyilir.

Seçilən
5
teleqraf.com

1Mənbələr