"Atalanta" Leverkuzen "Bayer"inin müdafiəçisi Odilon Kossununu transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Başa çatan mövsümdə 24 yaşlı müdafiəçi İtaliya komandasının heyətində icarə əsasında çıxış edib. Hazırda isə Berqamo təmsilçisi onu birdəfəlik alıb.
Qeyd edək ki, Odilon Kossunu 2024/2025 mövsümündə "Atalanta"nın heyətində 23 oyuna çıxaraq 1 qolun ötürməsi ilə yadda qalıb.