AZ

Təl Əviv sakinləri raket zərbələrindən qorunmaq üçün metrodan istifadə edirlər

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran raket zərbələri fonunda yerli sakinlər Təl-Əviv metrosunda sığınaraq qorunurlar.

BAKU.WS yerli mətbuata istinadən xəbər verir ki, bir çoxu ev heyvanlarını da özləri ilə gətirib.

Qeyd edək ki, İran İsrailə qarşı ikinci və üçüncü raket hücumu dalğasını həyata keçirib.

Tel-Əviv və Qüdsdə partlayışlar baş verib.

İran raketlərindən bəziləri İsrailin hava hücumundan müdafiə sistemindən yayınaraq hədəflərə dəyib.

İran mediası iddia edir ki, İsrail ordusunun bütün hərbi və siyasi rəhbərliyinin yerləşdiyi Kiryadakı əsas komandanlıq məntəqəsi hücuma məruz qalıb. İran televiziyası İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında yanğın kadrlarını paylaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
baku.ws

2Mənbələr