Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Putin İran prezidenti Pezeşkian və İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri İsrailin hücumlarının “çoxsaylı qurbanları” ilə bağlı İrana başsağlığı verib.
Putin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir.
İsrailin baş naziri ilə söhbətdə danışıqlar prosesinə qayıtmağın və İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi mövcud vəziyyətin həllinə yönəlmiş həm İran, həm də İsrail rəhbərliyi ilə sıx təmasları davam etdirəcəyini bəyan edib.
Aytac,
Sitat.info